...

Ukrayna və Aİ assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzaladılar

Siyasət Materials 27 İyun 2014 16:27 (UTC +04:00)
Ukrayna və Avropa İttifaqı (Aİ) azad ticarət zonasının yaradılmasını nəzərdə tutan assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzalayıblar.
Ukrayna və Aİ assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzaladılar

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Ukrayna və Avropa İttifaqı (Aİ) azad ticarət zonasının yaradılmasını nəzərdə tutan assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzalayıblar.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, sənədi Avropa İttifaqının iyunun 27-də Brüsseldə keçirilən sammiti zamanı Avropa tərəfdən Aİ Şurasının prezidenti Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Ukrayna tərəfdən isə ölkə Prezidenti Petro Poroşenko imzalayıblar.

Sazişin iqtisadi hissəsi Ukraynanın Aİ-yə dərin iqtisadi inteqrasiyasını və geniş əhatəli azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

Saziş Aİ-nin bütün 28 üzv ölkəsi və rəsmi Kiyev tərəfindən təsdiq olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti