...

Mixeil Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü

Siyasət Materials 29 İyul 2014 12:09 (UTC +04:00)
Bu gün Gürcüstan prokurorluğu sabiq Prezident Mixeil Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüb.
Mixeil Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü

Gürcüstan, Tbilisi, 29 iyul /Trend, müxbir Nana Kirsxaliya/

Bu gün Gürcüstan prokurorluğu sabiq Prezident Mixeil Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüb. İttihamın elan edilməsində sabiq Prezidentin vəkili Otar Kaxidze iştirak edib.

Trend-in məlumatına görə, prokurorluq elə bu gün məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xahişlə müraciət edəcək.

Analoji prosedur Gürcüstanın hüdudlarından kənarda olan sabiq müdafiə naziri David Kezeraşvili və sabiq ədliyyə naziri Zurab Adeişviliyə qarşı da aparılacaq.

Sabiq daxili işlər naziri Vano Merabişvili və Tbilisinin sabiq meri Qiqi Uqulavaya gəldikdə, artıq onlara olduqları həbsxanada ittiham irəli sürülüb.

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.

Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti