...

Əli Həsənov: Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını bundan sonra da davam etdirəcək

Siyasət Materials 11 Avqust 2014 15:48 (UTC +04:00)
Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər sürdürdüyü kimi, bundan sonra da davam etdirəcəkdir.
Əli Həsənov: Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını bundan sonra da davam etdirəcək

Azərbaycan, Bakı, 11 avqust /Trend/

"Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər sürdürdüyü kimi, bundan sonra da davam etdirəcəkdir". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc Dövlət İnformasiya Agentliyinə Türkiyədəki prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

Ə.Həsənov daha sonra deyib: "Əvvəla, türk xalqını bu seçki münasibəti ilə ürəkdən təbrik edirəm. Həmişə olduğu kimi, bu seçkilər də demokratik və azad şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri cənab R.T.Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin prezidenti kimi, seçkilərdə qazandığı uğura görə, cənab Ərdoğanı təbrik edirik və ona Türkiyənin gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar arzulayırıq. Xalqın seçimi həmişə ən müdrik qərardır və ona subyektiv qiymət vermək düzgün deyil. Türk xalqı belə məsləhət bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cümhuriyyətinə uğurlar azrulayırıq. Arzu edirik ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə Prezidenti cənab Ərdoğan Türkiyəni ən doğru yolla gələcəyə götürsün və ilk xarici səfərini də Azərbaycana etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti