...

Azərbaycan və BMqT Afrika ölkələrində birgə layihələrin həyata keçirilmə imkanlarını müzakirə edib

Siyasət Materials 23 Oktyabr 2014 17:14 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya Regional ofisinin direktoru Renate Held və təşkilatın Bakı ofisi rəhbərinin vəzifəsini icra edən Serhan Aktoprakla görüşüb.
Azərbaycan və BMqT Afrika ölkələrində birgə layihələrin həyata keçirilmə imkanlarını müzakirə edib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya Regional ofisinin direktoru Renate Held və təşkilatın Bakı ofisi rəhbərinin vəzifəsini icra edən Serhan Aktoprakla görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Ə.Şıxəliyev AIDA-nın fəaliyyət istiqamətləri və dünyanın müxtəlif bölgələrində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib.

Tərəflər arasında Afrika ölkələrində birgə layihələrin həyata keçirilmə imkanları müzakirə edilib və gələcək əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti