...

Azərbaycanın hakim partiyasından olan deputatdan ABŞ-a sərt ittihamlar

Siyasət Materials 28 Oktyabr 2014 12:36 (UTC +04:00)
ABŞ 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı bəyanat verməyib.
Azərbaycanın hakim partiyasından olan deputatdan ABŞ-a sərt ittihamlar

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

ABŞ 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı bəyanat verməyib. Trend-in məlumatına görə, bunu parlamentdə cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda dəfələrlə demokratik seçkilərin keçirilməsinə baxmayaraq, ABŞ belə bir bəyanat verməyib: "Bu da bir daha beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasətinin bariz nümunəsi oldu. Ona görə də biz təklif edirik ki, Milli Məclis adından ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət ünvanlayaq və onlardan bu məsələlərə aydınlıq gətirmək üçün hesabat tələb edək".

Millət vəkili qeyd edib ki, Ukraynada keçirilən seçkilərin nəticələrinin mürəkkəbi qurumamış ABŞ-dan bu seçkilərin ədalətli, şəffaf və düzgün keçirilməsi ilə bağlı bəyanat gəldi. Bəyanatda bildirildi ki, Krımın Ukraynaya qaytarılmasına nail olunacaq: "Biz bu seçkilərə qarışmırıq, onların daxili işləridir. Amma ABŞ-ın bu münasibətinə susmaq olmur. Hamı bilir ki, orada parlament seçkiləri necə və hansı şəraitdə keçirildi, ölkənin bütün ərazisində baş tutmadı. Amma dünyada demokratiyanı, ədaləti təbliğ edən ABŞ rəhbərlik səviyyəsində dərhal seçkilərin düzgün keçirilməsi və Krımın Ukraynaya qaytarılmasına yardım edəcəyi ilə bağlı bəyanat verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti