...

Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib (FOTO)

Siyasət Materials 30 Oktyabr 2014 17:21 (UTC +04:00)
Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib.
Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Trend-ə verilən məlumata görə, Qırğızıstan Prezidenti Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gələn türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, TDƏŞ-nin baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Qazaxıstan Ağsaqqallar Şurasının sədri Adil Axmetov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Jakiyev və Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç iştirak ediblər.

Söhbət zamanı türkdilli dövlətlər arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, TDƏŞ-nin üzvü olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub.

A.Atambayev türkdilli ölkələrin mədəni əlaqələrinin dərinləşməsini və genişlənməsini vacib olduğunu qeyd edib.

Prezident və görüş iştirakçıları İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti