...

Bahar Muradova: "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı mövqeyi müxtəlif maraqlara söykənir"

Siyasət Materials 14 Noyabr 2014 14:38 (UTC +04:00)
“Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı formalaşmış, müxtəlif maraqlara söykənən münasibəti var.
Bahar Muradova: "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı mövqeyi müxtəlif maraqlara söykənir"

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı formalaşmış, müxtəlif maraqlara söykənən münasibəti var. Bu barədə Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova "Human Rights Watch"-un Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi barədə tənqidi rəyinə münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, "Human Rights Watch" təşkilatından bundan artıq bəyanat gözləmək sadəlövhlük olardı: "Çünki Azərbaycanın hansı quruma sədrlik etməsindən, hansı layihələri reallaşdırmasından, ölkədə hansı islahatların, hansı inkişaf yönümlü layihələrin həyata keçirilməsindən asılı olmayaraq, onlar yenilənmə olduğunu görmək istəmirlər. Ona görə də bu təşkilatın mövqeyində qəribəlik axtarmaq lazım deyil".

Vitse-spiker bildirib ki, "Human Rights Watch" və Azərbaycan deyəndə "Human Rights Watch" təşkilatının münasibətinin necə ola biləcəyi bəllidir: "Onların müəyyən etdiyi bir "standart" var. Onlar Azərbaycana yalnız bu çərçivədə yanaşırlar və istənilən fəaliyyəti geriləmə kimi qələmə verməkdə "mahirdirlər"".

B.Muradova qeyd edib ki, "Human Rights Watch"-un nə deməsindən asılı olmayaraq, Azərbaycanın Avropa Şurasına sədrliyi həm Azərbaycan, həm də Avropa Şurası üçün çox əhəmiyyətli olub: "Bu müddət ərzində keçirilən tədbirlərdə iştirak edən beynəlxalq nümayəndələr, müxtəlif təşkilatların üzvləri, parlamentarilər, siyasətçilər, sadə adamlar Azərbaycanın hansı işlər gördüyünün şahidi oldular".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti