...

Əli Kərimlinin "əsəri": Bu, onun özünə də inandırıcı gəlmir

Siyasət Materials 22 Noyabr 2014 16:08 (UTC +04:00)
İndiyədək heç bir konkret fəaliyyətlə özünü göstərə bilməyən Azərbaycan müxalifəti üçün varlığını xatırlatmağın ən yaxşı yolu dövlətin fəaliyyətini tənqid etməkdir.
Əli Kərimlinin "əsəri": Bu, onun özünə də inandırıcı gəlmir

Azərbaycan xəbərlər xidməti:
Elçin Mehdiyev-Trend:


İndiyədək heç bir konkret fəaliyyətlə özünü göstərə bilməyən Azərbaycan müxalifəti üçün varlığını xatırlatmağın ən yaxşı yolu dövlətin fəaliyyətini tənqid etməkdir. İstənilən siyasi partiya kimi, tam bir boz kütləyə çevrilən Azərbaycan müxalifəti siyasi proqramdan başqa özünün iqtisadi platformasına da malik olmalıdır. Çox güman ki, belə bir platforma mövcuddur, lakin heç kim bu barədə çoxdan heç nə eşitməyib. Bu da məntiqidir, konkret fəaliyyəti boş sözlərlə tənqid etmək çox çətindir.

Bunu AXCP-nin rəhbəri Əli Kərimli də bir daha təsdiqlədi. Bu siyasətçi sosial şəbəkədəki səhifəsində dövləti məkrli iqtisadi tənqidlə çıxış edib. Lakin icazə verin soruşaq, cənab Kərimli, bəs sizin təklifiniz hanı? "Nə etməli?" sizin üçün cavabı tapılmayan əbədi sual olaraq qalır.

Siz Azərbaycan iqtisadiyyatının inkişafını sual altında qoyursunuz. Aydındır ki, siz növbəti dəfə hökumətə qarşı çıxış edirsiniz, amma bu dəfə siz özünüzün istiqamətləndiyiniz Qərbdən (çoxlarının Azərbaycanı o qədər də "sevmədiyi") olan beynəlxalq təşkilatın qiymətləndirməsinə şübhə ilə yanaşırsınız. Çoxlu sayda neqativin əlavə edilməsinə baxmayaraq, bütün bu təşkilatların fikirləri bir məsələdə üst-üstə düşür - Azərbaycanın iqtisadi inkişafı danılmazdır.

Xarici ölkələrin Azərbaycan iqtisadiyyatına investisiyalar qoyması sizin xoşunuza gəlmir. Amma görünür ki, siz nəzarətiniz altında olan təşkilatların aldıqları qrantlarla gəlir gətirən investisiyalar arasındakı fərqi görmürsünüz.

Siz "Qazprom"la hesablaşmalar üçün Azərbaycanın dövlət krediti kimi Belarusa 12 gün (!) ərzində ayırdığı vəsaiti xatırladırsınız. Bəs Azərbaycan nə əldə etdi? Hər şeydən əvvəl Dağlıq Qarabağ məsələsində etibarlı siyasi müttəfiq.

"Mən hansısa dondurulmuş münaqişələrin, hansısa zonaların (Dnestryanı, Dağlıq Qarabağ tipli) olmaması üçün Ukrayna dövlətinin birliyi və bütövlüyünə tərəfdaram". Bu A.Lukaşenkonun ötən ayın əvvəlində dediyi sözlərdir. Düşünürsünüz ki, dəyməzdi?

Sizi neft fondunun vəsaitlərinin xərclənməsi sxemi qane etmir. Konkret nə? Qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, azərbaycanlı tələbələrin xaricdə təhsilinə ayrılan xərclər?

Siz Azərbaycanda Türkiyənin investisiyalarını xatırladırsınız, yenə qeyd etmək istərdim ki, bu layihələr GƏLİR gətirir və müvafiq olaraq ölkənin dövlət büdcəsinə vəsaitlər daxil olur.

Və daha bir məqam. Bu gün Azərbaycan və dövlət şirkətləri, məsələn, ARDNŞ beynəlxalq maliyyə institutlarında o qədər böyük etimada malikdirlər ki, onlar layihələrin maliyyələşdirilməsinə istənilən vəsaitin ayrılmasına hazırdırlar. Kreditləşmə bu gün istənilən iri layihənin maliyyələşdirilməsinin əsas maddəsidir. Və bu vəsaitlərin ödənişi bütün bu layihələrdən daxil olan gəlirlərdən gedir. Bu sizin xatırlatdığınız bütün layihələrə və Star NEZ-ə, Petkim kompleksinə, konteyner terminalına, Azərbaycandakı yeni neft-kimya terminalına, Azərbaycan qazının hasilatı və hətta sizi sevən Avropaya onun çatdırılmasına dair bütün layihələrə aiddir.

"Əsərinizin" sonunda siz Azərbaycanda reallaşdırılan layihələri "mənasız" adlandırırsınız. Sizcə, Avropaya qaz tədarükü mənasızdır? İnanın ki, əgər Qərbin problemləri olarsa, siz onun yanında olmayacaqsız. Əgər siz Qərbdə unudulmağınızı istəmirsinizsə, onda Azərbaycanda reallaşdırılan bütün layihələri dəstəkləyin.

Məncə, Əli Kərimliyə də "əsəri" inandırıcı gəlmir. Sadəcə gündəmə gəlməyin başqa yolu qalmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti