...

Zahid Oruc: Xədicə İsmayılovanın həbsi ilə bağlı məsələnin siyasiləşdirilməsi yanlışdır

Siyasət Materials 6 Dekabr 2014 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"Xədicə İsmayılova on illərdir ki, jurnalistdir və bütün fəaliyyəti dövründə ona ötürülən saxta materialları ictimailəşdirməklə məşğul olub. Bir sıra hallarda açıq şəkildə kəşfiyyat strukturlarının məlumatlarını jurnalist araşdırması kimi təqdim edir. Ona verilən geniş diapazondakı çalışmaların səbəbi də bu olub. Ona görə faktiki olaraq, əgər Xədicə İsmayılovanı fəaliyyətinə və "jurnalist çalışmaları"na görə həbs etmək lazım gəlsəydi, bu, çoxdan baş verərdi". Bunu Trend-ə deputat Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, indiki halda isə məsələ tamamilə fərqlidir: "Tural Mustafayev adlı şəxs onun intihar halına çatdırılması ilə bağlı məhkəməyə müraciət edib. Bu zəmində də konkret istintaq araşdırmaları gedir və 2 ay müddətinə həbs qətimkan tədbirləri seçilib. Çox mümkündür ki, bütövlükdə bu məsələ zəminində onun çox ciddi günahları və hansısa məsuliyyəti müəyyənləşsin, yaxud da əksinə. Amma beynəlxalq təşkilatlar elə bəyanatlar səsləndirirlər ki, sanki Qarabağın işğalı bir nəfər jurnalistin həbsindən daha kiçik cinayətdir. Yəni adamda belə təsəvvür formalaşır ki, beynəlxalq qurumlar Azərbaycan üzrə elə ixtisaslaşıblar ki, hər səhəri informasiya çeşidlənməsində birinci "A" hərfindən və Azərbaycandan başlayırlar".

Deputatın sözlərinə görə, bu ölkənin informasiya məkanında minlərlə xəbər dərc edilir: "Onların böyük hissəsi Azərbaycanın təcavüzdən ziyan çəkməsi, yaşadığı humanitar fəlakətlər, girovları, əsirlikdə qalanlar, torpaqlarına dönmək istəyənlərin fəryadları ilə bağlıdır. Nədənsə, bütün bu həyati məsələlərin hamısı gözlərdən yayınır, maraq predmetinə daxil olmur və yalnız bəlli sayda öz planlarına uyğun qeyd etdikləri sahədə adamlarının himayəsinə böyük dəmir dəbilqə ilə geyinib çıxıblar və müxtəlif bəyanatlar verilir".

Z.Orucun sözlərinə görə, Azərbaycanın məhkəmə orqanları kimisə həbs edərkən onun jurnalist, xanım və s. kim olmasını əsas götürməyib: "Ona görə də məsələnin siyasiləşdirilməsi və onu Azərbaycan üzərində növbəti məhkəmə olayına çevirmək çox yanlışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti