Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İlkin İzzət/
C.Naxçıvanski adına hərbi liseyin 3-cü kurs kursantları tədris ilinin planına əsasən hərbi hissədə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursantlar hərbi hissədə şəxsi heyətin xidmət şəraiti, döyüş texnikası, maddi baza ilə tanış olub və komandanlıqla görüşüblər.
Döyüş texnikası heyətinin hazırlığı məqsədilə yaradılan təlim-məşq trenajorları şəhərciyi ilə tanış olan kursantlar təlimatçıların nəzarəti altında zirehli texnikanın məşq qurğularında praktiki çalışmaları yerinə yetiriblər.