...

İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsində yeni sistemin tətbiqinə başlayır

Siyasət Materials 7 Yanvar 2015 10:39 (UTC +04:00)
Səfirlikdən Trend-ə bildiriblər ki, İtaliya Respublikasının Bakıdakı səfirliyi yanvarın 29-dan Şengen Ölkələri arasında viza məlumat mübadiləsi aparılması üçün Viza İnformasiya Sisteminin (Visa Information System - VIS) qüvvəyə minəcəyini bildirir.
İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsində yeni sistemin tətbiqinə başlayır

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Səba Ağayeva/

İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsində yeni sistemin tətbiqinə başlayır.

Səfirlikdən Trend-ə bildiriblər ki, İtaliya Respublikasının Bakıdakı səfirliyi yanvarın 29-dan Şengen Ölkələri arasında viza məlumat mübadiləsi aparılması üçün Viza İnformasiya Sisteminin (Visa Information System - VIS) qüvvəyə minəcəyini bildirir. VİS Avropa İttifaqınınazad, təhlükəsiz və ədalətli mühitin yaradılmasında apardığı önəmli təşəbbüslərdən biridir.

Məlumatda qeyd olunur ki, yeni sistemə əsasən, ilk dəfə olaraq viza sorğusu təqdim edən şəxslər şəxsən aidiyyəti ofisə müraciət etməlidirlər: "Bu zaman həmin şəxsin biometrik məlumatları biometrik şəkil və barmaqların rəqəmsal izlərini götürməklə əldə edilir. 12 yaşına çatmamış azyaşlılar və fiziki olaraq barmaq izlərinin götürülməsi mümkün olmayan şəxslər bu prosedurdan azad hesab edilirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti