...

Latviya "Şərq Tərəfdaşlığı" siyasətinin Aİ-nin gündəliyində saxlanmasına sadiqdir

Siyasət Materials 20 Yanvar 2015 12:17 (UTC +04:00)
Latviya “Şərq Tərəfdaşlığı” siyasətinin Avropa İttifaqının gündəliyində saxlanmasına sadiqdir.
Latviya "Şərq Tərəfdaşlığı" siyasətinin Aİ-nin gündəliyində saxlanmasına sadiqdir

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

Latviya "Şərq Tərəfdaşlığı" siyasətinin Avropa İttifaqının (Aİ) gündəliyində saxlanmasına sadiqdir. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib.

E.Rinkeviç bildirib ki, "Şərq Tərəfdaşlığı" yaxşı inkişaf etmiş və hərtərəfli siyasətdir: "Latviya 2015-ci ildə Avropa İttifaqında sədrliyi zamanı öz öhdəlikləri çərçivəsində idarəetmə üçün bu strategiyadan istifadəni davam etdirəcək".

Onun sözlərinə görə, Latviya özünün Şərq tərəfdaşları ilə yanaşı, qonşularının demokratik olmasında, inkişaf etməsində və çiçəklənməsində maraqlıdır.

Nazir əlavə edib ki, Latviya özünün Aİ-də sədrliyi çərçivəsində diqqəti "Şərq Tərəfdaşlığı"ndakı üç əsas vəzifəyə yönəldir: "Şərq Tərəfdaşlığı" siyasətinin strateji əhəmiyyətinin təsdiqlənməsi; Vilnüs Zirvə toplantısından sonra "Şərq Tərəfdaşlığı"nın əldə etdiyi real irəliləyiş; "Şərq Tərəfdaşlığı"nın tərəfdaşlar üçün cəlbediciliyinin artırılması və ortamüddətli, eləcə də uzunmüddətli perspektivdə Aİ ilə əməkdaşlığın genişləndirilməsi".

E.Rinkeviç qeyd edib ki, eyni zamanda, "Şərq Tərəfdaşlığı"nın uğurunun mühüm elementləri gələcək siyasi birləşmə və iqtisadi inteqrasiyanın və ticarət əlaqələrinin irəliləyişi; portativlik, müxtəlif ölkələrin ayrı-ayrı insanları arasında əlaqələr və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətin aktivləşməsi sahəsində irəliləyiş; "Şərq Tərəfdaşlığı" əməkdaşlığının çoxtərəfli sisteminin möhkəmləndirilməsidir.

XİN rəhbəri deyib: "Latviya əmindir ki, sonrakı inkişaf məqsədilə "Şərq Tərəfdaşlığı" diferensiasiya üçün böyük imkanlara malik vahid platforma olaraq qalmalıdır".

Onun sözlərinə görə, ayrı-ayrı tərəfdaşların maraqlarına kömək üçün lazımi diferensiasiyanın təmin olunması gələcək vəzifələrdən biri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti