...

Orucovlar ailəsi Ermənistandan qaçdı

Siyasət Materials 5 Fevral 2015 12:05 (UTC +04:00)
Azərbaycandan qaçıb Ermənistana gedən və bu ölkədən siyasi sığınacaq istəyən Orucovlar ailəsi artıq Ermənistanı da tərk edib.
Orucovlar ailəsi Ermənistandan qaçdı

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Azərbaycandan qaçıb Ermənistana gedən və bu ölkədən siyasi sığınacaq istəyən Orucovlar ailəsi artıq Ermənistanı da tərk edib.

Trend-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeganyan məlumat verib.

Q.Yeganyanın sözlərinə görə, Orucovlar ailəsi Ermənistanı ötən il dekabr ayının sonlarında tərk edib, amma onların hara getdiyi məlum deyil.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Cavid Orucov ötən il yanvarın 29-da ailə üzvləri ilə birgə Ermənistandan siyasi sığınacaq istəyib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Orucovlar ailəsinin qaçıb Ermənistana sığınmaqda məqsədi Azərbaycan vətəndaşlığından imtina etmək və üçüncü ölkələrin birindən siyasi sığınacaq almağa nail olmaq idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti