...

Azərbaycan XİN-in qurumunun saytı ASALA terror qrupu tərəfindən dağıdılıb

Siyasət Materials 19 Fevral 2015 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Səba Ağayeva/

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) fevralın 19-da kiber hücuma məruz qalıb.

Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə bildirib ki, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyanın kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.

İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.

Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır.

ASALA kimi terror təşkilatları vasitəsilə beynəlxalq terrorizmə dəstək verən Ermənistandan fərqli olaraq, AİDA dünyanın bir çox regionlarında humanitar nəcib missiya icra edir, ehtiyacı olan insanların həyata şəraitini yaxşılaşdırır və davamlı inkişafa, o cümlədən BMT-nin Minilliyin inkişaf məqsədlərinin qlobal səviyyədə həyata keçirilməsinə töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti