...

Qubad İbadoğlu sədr seçildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Fevral 2015 12:06 (UTC +04:00)
Bu gün Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilir.
Qubad İbadoğlu sədr seçildi (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 10:49-da yayılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri seçilib.

Trend-in məlumatına görə, Q.İbadoğlu ADR-in bu gün keçirilən təsis konfransında açıq səsvermə nəticəsində səslərin əksəriyyətini qazanıb.

Bu gün Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilir.

Trend-in məlumatına görə, tədbiri açıq elan edə hərəkatın təşkilat komitəsinin sədri Qubad İbadoğlu təşkilatın hədəfləri barədə məlumat verib.

Konfransda Sədarətin, Katibliyin, Mandat Komissiyasının say tərkibi müəyyən olunaraq təsdiq edilib.

Daha sonra isə konfransın gündəliyi təsdiq olunub.

Təsis konfransına qədər görülən işlərə dair Təşkilat Komitəsi adından Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar. Hərəkata digər partiyaların da üzvləri qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti