...

Türkiyənin ordu generalı Azərbaycanın hərbi aerodromlarında olub (FOTO)

Siyasət Materials 7 Mart 2015 17:12 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana rəsmi səfəri başa çatıb.
Türkiyənin ordu generalı Azərbaycanın hərbi aerodromlarında olub (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.

Bununla da Türkiyə HHQ-nin komandanı A.Öztürkün Azərbaycana səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti