...

Boris Nemtsovun qətli ilə bağlı yeni istintaq materailları açıqlandı

Siyasət Materials 20 Mart 2015 10:53 (UTC +04:00)
Rusiyanın müxalif yönümlü siyasətçisi Boris Nemtsovun qətli ilə əlaqədar qrup 2015-ci ilin yanvar ayında təşkil edilib.
Boris Nemtsovun qətli ilə bağlı yeni istintaq materailları açıqlandı

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Rusiyanın müxalif yönümlü siyasətçisi Boris Nemtsovun qətli ilə əlaqədar qrup 2015-ci ilin yanvar ayında təşkil edilib. Trend-in məlumatına görə, bu barədə Lenta.ru saytı "Rosbalt" agentliyinin işlə bağlı araşdırma materiallarına istinadən bildirib.

İstintaq məlumatlarına görə, gələcək qurbanın izlənilməsinə fevral ayından başlanılıb.

İlkin müşahidələri hazırda qətlə görə şübhəli bilinən və artıq həbs edilmiş 3 nəfər - Anzor Qubaşev, Zaur Dudayev, Bislan Şavanov və "naməlum şəxslər" aparıb.

B.Nemtsovun yaşayış yerinin və hərəkət marşrutunun öyrənilməsi üçün xüsusi olaraq əldə edilən "ZAZ Sens" avtomobilindən istifadə edilib.

Rusiya İstintaq Komitəsində hesab edilir ki, bu qrupa daha sonra Temirlan Əsgərxanov, Həmzət Baxayev, Şadid Qubaşev qoşulublar. Onların əsas vəzifəsi qətlin baş verməsi üçün informasiyalar əldə etmək, B.Nemtsovun ölümündən sonra cinayətkarları gizlətmək, onların Moskva və Moskva vilayətindən getməsini təmin etmək olub.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətlin təşkilinə görə Z.Dadayev və A.Qubaşevə qarşı ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti