...

Ziyafət Əsgərov: "Sapı özümüzdən olan baltalar çox çalışdılar ki..."

Siyasət Materials 22 Aprel 2015 13:07 (UTC +04:00)
Biz bu sınaqlardan çox çıxmışıq, əslində bundan da narahat olmağa heç bir əsas yoxdur.
Ziyafət Əsgərov: "Sapı özümüzdən olan baltalar çox çalışdılar ki..."

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Biz bu sınaqlardan çox çıxmışıq, əslində bundan da narahat olmağa heç bir əsas yoxdur". Trend-in məlumatına görə, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirərkən deyib.

Z.Əsgərov qeyd edib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat, bəzi QHT-lər və sapı özümüzdən olan baltalar çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicinə xələr gətirsinlər, amma heç nə alınmadı: "İndi yenə başlayıblar, eyni sözlər deyilir, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verilir. Amma Azərbaycanın inkişafı göz qabağındadır, biz ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq və bu Oyunları çox yüksək səviyyədə keçirəcəyik".

Z.Əsgərov sual edib ki, bəzi Avropa QHT-ləri, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər?: "Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü haqqında danışmırlar? Amma hansısa bir cinayətkar haqqında tez əldə bayraq tuturlar. Görün burada nə qədər ikili, üçlü standartlar var. Hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti