...

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin həcmi milyon yarım manatadək artıb

Siyasət Materials 1 İyun 2015 17:42 (UTC +04:00)
Ötən iki ay ərzində Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi 1 489 166 manat artıb.
Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin həcmi milyon yarım manatadək artıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

Ötən iki ay ərzində Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi 1 489 166 manat artıb.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 1 iyun 2015-ci il tarixinədək Fondun manat hesabındakı vəsait 63 984 837 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 ABŞ dolları və avro hesabındakı vəsait 593 avro təşkil edib.

Fondun ABŞ dolları, avro və Rusiya rublu ilə hesablarına vəsait daxil olmayıb.

Qeyd edək ki, bu il aprelin 1-nə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 62 495 671 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti