...

XİN: İran-Avropa əməkdaşlığında Bakının vacib rolu olacaq

Siyasət Materials 22 İyul 2015 15:46 (UTC +04:00)

İran, Tehran, 22 iyul /Trend, müxbir Təmkin Cəfərov/

Sanksiyalar ləğv edildikdən sonra İran qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərdə yeni səhifə açacaq. Bunu Trend-in sualını cavablandıran İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, Bakı İran və Avropa arasında unikal mövqeyi və tranzit potensialı sayəsində sanksiyalar aradan qaldırıldıqdan sonra İranın Avropa ilə gələcək əməkdaşlığında xüsusi önəm kəsb edəcək.

A.Əraqçı bildirib ki, İran və digər tərəfin Vyanada əldə edilmiş nüvə sazişinə yenidən baxmaq hüququ yoxdur: "ABŞ-dan fərqli olaraq İran Parlamentinin verdiyi qərarı heç kəs veto qoya bilməz. Əgər İranın Ali Təhlükəsizlik Şurası və ya parlamenti sazişi təsdiq etməsə, tərəflər danışıqlar prosesinə qayıtmaqla bağlı qərar qəbul edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti