...

Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır

Siyasət Materials 8 Sentyabr 2015 12:45 (UTC +04:00)
Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür.
Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, son aylar ərzində bir sıra bu kimi şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: "Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcəkdir. Maliyyə nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaqdır.

Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar".

Məlumatda qeyd olunur ki, Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib: "Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam veriımiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti