...

Konstitusiya Məhkəməsi Milli Məclislə bağlı məsələyə aydınlıq gətirib

Siyasət Materials 12 Noyabr 2015 13:25 (UTC +04:00)
Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Konstitusiya Məhkəməsi Milli Məclislə bağlı məsələyə aydınlıq gətirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, Konstitusiya Məhkəməsi bu təcrübəni bir neçə dəfə keçib.

F.Abdullayev bildirib ki, Milli Məclisə seçkilərlə bağlı sənədlər Mərkəzi Seçki Komissiyasındadır: "Mərkəzi Seçki Komissiyası qanuna əsasən 20 gün müddətində yekun qərarını verir və bundan sonra sənədlər Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsi qanunda nəzərdə tutulan 10 gün müddətində öz qərarını verəcək və bundan sonra Milli Məclis ilk iclasına başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti