...

Xaçmazda çoxmənzilli binalar əsaslı təmir olunacaq

Siyasət Materials 25 Noyabr 2015 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Xaçmazda çoxmənzilli binalar əsaslı təmir olunacaq

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər Xaçmaz şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi yenidən qurulub, Tarix-Diyarşünaslıq, "Xalça", "Şəxsiyyətlər", "Xalqlar Dostluğu" muzeyləri və Rəsm Qalereyası yaradılıb, əlil və şəhid ailələri üçün 92 mənzilli 4 yaşayış binası inşa edilib, 13 çoxmənzilli bina əsaslı təmir olunub, şəhərin mərkəzi küçələrində müasir işıqlandırma sistemi quraşdırılıb, parklar salınıb.

Sərəncamda qeyd olunur ki, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 19 çoxmənzilli binanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti