...

Baş nazir: Azərbaycanla Əfqanıstan arasında ikitərəfli əlaqələr siyasi sahədə uğurla inkişaf edir (FOTO)

Siyasət Materials 22 Dekabr 2015 19:21 (UTC +04:00)
Dekabrın 22-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Baş nazir: Azərbaycanla Əfqanıstan arasında ikitərəfli əlaqələr siyasi sahədə uğurla inkişaf edir (FOTO)

Bakı. Trend:

Dekabrın 22-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın istiqamətləri müzakirə edilib.

Baş nazir bildirib ki, ölkələr arasında ikitərəfli əlaqələr siyasi sahədə uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəklədiyini bildirib və buna görə minnətdarlığını ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əfqanıstan Prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiyini diqqətə çatdırıb.

Söhbət zamanı iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti