...

Əli Əliyev yenidən sədr olmaq istəyir

Siyasət Materials 21 Yanvar 2016 15:24 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) bu ilin may ayında növbəti qurultayını keçirməyi planlaşdırır.
Əli Əliyev yenidən sədr olmaq istəyir

Bakı. Elçin Mehdiyev - Trend:

Vətəndaş və İnkişaf Partiyası (VİP) bu ilin may ayında növbəti qurultayını keçirməyi planlaşdırır. Bunu Trend-ə partiyanın sədri Əli Əliyev deyib.

Ə.Əliyev bildirib ki, rəhbərlik etdiyi partiyanın ilk qurultayı da may aynın 28-də baş tutub: "Biz 28 may tarixini çox vacib gün sayırıq. Ona görə də partiyanın növbəti qurultayının mayın 28-də keçiriləcəyi istisna deyil".

VİP sədri qurultay zamanı partiya sədrliyinə yenidən namizədliyini irəli sürəcəyini bildirib: "Mən hələ cavan sədrəm və namizədliyimi irəli sürəcəyəm. Qurultay elan olunduqdan sonra təbii ki, sədrliyə iddiaçılar ortaya çıxacaq. Buna normal yanaşmaq lazımdır. Çalışırıq ki, sədrliyə iddia edənlər çox olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti