...

Makedoniya Prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib (FOTO)

Siyasət Materials 8 Fevral 2016 18:38 (UTC +04:00)
Makedoniyanın paytaxtı Skopyedə Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə “Sivilizasiyalararası Dialoq - Qarşıdakı Yol” mövzusunda konfrans keçirilib.
Makedoniya Prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib (FOTO)

Bakı. Trend:

Makedoniyanın paytaxtı Skopyedə Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə "Sivilizasiyalararası Dialoq - Qarşıdakı Yol" mövzusunda konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, konfransda Makedoniya Prezidenti George İvanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansının Makedoniyadakı xüsusi elçisi Darko Kostadinovski, Skopye Universitetinin professoru Zoran İlievski çıxış ediblər.

Konfransda, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində olan məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 4-də Makedoniya Prezidenti G.İvanov Nizami Gəncəvi Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İ.Səragəldini qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti