...

Alyans prezidenti: Biz hazırda hər hansı münaqişənin həlli ilə bağlı təklif irəli sürmək imkanında deyilik

Siyasət Materials 12 Fevral 2016 12:27 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin, o cümlədən digər beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə Ermənistana heç bir sanksiyanın tətbiq edilməməsi ilə bağlı suala cavab verən Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil bununla bağlı tutarlı bir bəyanat vermək imkanında olmadığını bildirib.

Y.Zahradil Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib ki, mənim bununla bağlı deməyə tutarlı bəyanatım yoxdur: "Biz alyans olaraq yalnız qarşılıqlı dialoq, daha yaxşı anlaşma, fikir mübadiləsi üçün platforma təklif edirik ki, bu da münaqişələrin həlli ilə bağlı daha yaxşı ideyaların ortaya çıxmasına kömək edə bilər. Biz hazırda hər hansı münaqişənin həlli ilə bağlı təklif irəli sürmək imkanında deyilik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti