...

İlham Əliyev Makedoniyanın Prezidenti George İvanov ilə görüşüb

Siyasət Materials 10 Mart 2016 17:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.
İlham Əliyev Makedoniyanın Prezidenti George İvanov ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Görüşdə Prezident George İvanovun ölkəmizə səfərinin Azərbaycan ilə Makedoniya arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanaraq, IV Qlobal Bakı Forumunun artıq dünya əhəmiyyətli aparıcı tədbirlərdən birinə çevrildiyi məmnunluqla qeyd olundu. Forumun proqramının geniş sahələri əhatə etdiyi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və dünyanın diqqət mərkəzində olan digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirildi.

Görüşdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti