...

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib (SİYAHI)

Siyasət Materials 16 Mart 2016 19:03 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib (SİYAHI)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:

Abbasov Niyaz İsaq oğlu
Həsənov Həsən Çingiz oğlu
İsmayılov Füzuli Cahangir oğlu
Qədimov Anar Vahid oğlu
Musayeva Samirə Paşa qızı
Sadıqova Ülfət Məhərrəm qızı
Səfərov Mehman Elxan oğlu
Turabov Nazim Soltan oğlu

Xəbər lenti

Xəbər lenti