...

Prezidentin əfv sərəncamı Azərbaycanda həmrəyliyin, demokratiyanın təzahürüdür

Siyasət Materials 17 Mart 2016 17:21 (UTC +04:00)
Prezident İlham Əliyevin növbəti əfv sərəncamı Azərbaycanda həmrəyliyin, demokratiyanın, hüquqi dövlət quruculuğunun bir təzahürüdür.
Prezidentin əfv sərəncamı Azərbaycanda həmrəyliyin, demokratiyanın təzahürüdür

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin növbəti əfv sərəncamı Azərbaycanda həmrəyliyin, demokratiyanın, hüquqi dövlət quruculuğunun bir təzahürüdür. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev bildirib.

B.Əliyev deyib ki, dövlət başçısının bu addımı eyni zamanda bir nümunəvi xarakter daşıyır: "Çünki bu addımla insanları cinayət əməllərindən çəkindirmək nəzərə alınıb, eləcə də onların sağlamlığı nəzərə alınıb. Dövlət başçısı bu addımı ilə bir daha özünün siyasi iradəsini bəyan etdi ki, Azərbaycan Prezidenti hər zaman hər bir vətəndaşını diqqətdə saxlayır, hər bir vətəndaşın probleminə həssaslıqla yanaşır".

Onun sözlərinə görə, bu, həm də cəmiyyətə bir mesajdır ki, həmrəylik olmalıdır və hər bir insan cinayət əməlindən çəkinməlidir: "Hüquqi dövlətdə, demokratik prinsiplərin bərqərar olduğu cəmiyyətdə bu qaydalara riayət olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti