...

Niyaməddin Orduxanlı: Əli Kərimli həmişə ermənilərin dəyirmanına su töküb

Siyasət Materials 12 Aprel 2016 18:59 (UTC +04:00)
Əli Kərimlinin fəaliyyəti həmişə Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsinə yönəlib, ermənilərin dəyirmanına su töküb”
Niyaməddin Orduxanlı: Əli Kərimli həmişə ermənilərin dəyirmanına su töküb

Bakı. Trend:

"Əli Kərimlinin fəaliyyəti həmişə Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsinə yönəlib, ermənilərin dəyirmanına su töküb".

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı deyib ki, erməni mediasının Əli Kərimlinin fikirlərinə istinad etməsi heç də təsadüfi deyil: "Düşmən mediası öz sevgisindən Əli Kərimlinin fikirlərini yayımlayar? Əgər Əli Kərimlinin fikirləri erməni maraqlarına xidmət etmirsə, nədən düşmən mediası bunu yaysın?! Bu onu göstərir ki, Əli Kərimli ermənilərin maraqlarına xidmət edir, Vətənə də xəyanət etməyi bacarır. Erməni elə bir millətdir ki, maraqlarına uyğun olmayanı heç vaxt yaymaz".

N.Orduxanlı bildirib ki, Əli Kərimli ilk öncə Qarabağda gedən döyüşlərin doğru olduğunu bəyan etdi: "Ancaq sonra verdiyi bəyanatın tam əleyhinə danışmağa başladı. Əli Kərimlinin fikri Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrildi. Bu təsadüf idimi? Xeyr! Sanki bir mərkəzdən idarə olunmuş prosesi idi. Əli Kərimli bilmirdi ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilirdi".

BAXCP sədrinin müavini bildirib ki, Əli Kərimli həmişə bu cür antiazərbaycan fəaliyyəti ilə gündəmə gəlib: "Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Budur Əli Kərimlinin əsl mahiyyəti".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti