...

MSK-nın nəzdində yeni qruplar yaradılıb

Siyasət Materials 16 Aprel 2016 12:26 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində iki yeni qrup yaradılıb.
MSK-nın nəzdində yeni qruplar yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində iki yeni qrup yaradılıb.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupu yaradılıb.

Bundan əlavə, iclasda 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə MSK nəzdində işçi qrupu yaradılıb və tərkibi müəyyən edilib.

İclasda, həmçinin 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti