...

Azay Quliyev Avropa ölkələrində işgüzar səfərdə olacaq

Siyasət Materials 6 May 2016 20:01 (UTC +04:00)
Azərbaycan deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.
Azay Quliyev Avropa ölkələrində işgüzar səfərdə olacaq

Bakı. Trend:

Azərbaycan deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatımız Finlandiyanın paytaxtı Helsinki şəhərində iki günlük səfərini başa çatdırdıqdan sonra Danimarkanın paytaxtı Kopenhagenə yola düşəcək. Səfər zamanı hər iki ölkədə parlamentarilər və siyasi xadimlərlə görüşlər keçiriləcək, ATƏT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.

A.Quliyev Kopenhagendə ATƏT PA-nın Beynəlxalq Katibliyində qurumun baş katibi Roberto Montella ilə görüşəcək.

Səfər mayın 13-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti