...

Ermənilərin atdığı kimyəvi tərkibli mərmi partladılaraq məhv edilib (FOTO/VİDEO)

Siyasət Materials 11 May 2016 19:08 (UTC +04:00)
Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.
Ermənilərin atdığı kimyəvi tərkibli mərmi partladılaraq məhv edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti