...

İcra başçısının müavini: "Ağdaşda seçici fəallığı var"

Siyasət Materials 18 İyun 2016 14:05 (UTC +04:00)
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə səhər saatlarından seçici fəallığı qeydə alınır.
İcra başçısının müavini: "Ağdaşda seçici fəallığı var"

Bakı. Samir Əli - Trend:

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə səhər saatlarından seçici fəallığı qeydə alınır.

Bu barədə Trend-ə açıqlamasında Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Qalib Həsənov bildirib.

İcra başçısının müavini bildirilib ki, seçkilərə yüksək səviyyədə hazırlıq işləri görülüb: "Səhər saatlarından məntəqələrə seçici axını başlayıb. Təşkilatçılıq normaldır. Seçki məntəqələrinə uzaq ərazilərdən gələn seçicilər üçün xüsusi avtomobillər ayrılıb, seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb. Seçki məntəqələrində nisbi sakitlikdir. Müşahidəçilərin prosesi izləməsinə tam şərait yaradılıb".

Saat 12:00-a Milli Məclisə təkrar seçkilərdə seçici fəallığı açıqlanıb

Saat 12:00-a Milli Məclisə təkrar seçkilərdə seçici fəallığı açıqlanıb

Q.Həsənov bildirib ki, seçki məntəqələrində seçki prosesini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyir:

"ATƏT və AŞ PA-dan beynəlxalq müşahidəçilər prosesi izləyirlər. Müşahidəçilər seçki öncəsi bütün seçki məntəqələrində olub, yaradılan şəraitlə tanış olublar. Bununla yanaşı, beynəlxalq müşahidəçilər seçkidən öncə kəndlərdə seçicilərlə də görüşüb, onların seçkiyə olan münasibətlərini öyrəniblər. Onlar, həmçinin yerli müşahidəçilər və məntəqə üzvləri ilə də danışıqlar aparıblar".

Seçicilərin əhvali-ruhiyyəsinə gəlincə, icra başçısının müavini bildirib ki, ötən seçkiyə nisbətən bu dəfə seçici fəallığı daha yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti