...

Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Siyasət Materials 20 İyun 2016 10:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Trend-in məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə verilən başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti