Bakı. Yelena Kosolapova - Trend:
Dünyanın bütün regionlarında hətta məhdud miqyasda atom bombası riskinin yaranması və istifadəsinin insan sağlamlığı, ətraf mühit, ərzaq məhsullarının istehsalı, iqlim və sosial-iqtisadi inkişaf üçün faciəvi və uzunmüddətli fəsadları olacaq.
Bunu Trend-ə Ermənistanın rəsmi şəxslərinin guya Yerevanın nüvə silahına malik olması barədə bəyanatlarını şərh edən Avstriya Yaşıllar Partiyasının mətbuat xidmətindən deyiblər.
Partiyadan bildiriblər ki, bütün ölkələr kütləvi qırğına gətirib çıxaran bütün əsas silah növlərindən istifadədən çəkinməlidirlər.