...

Avropa İttifaqı Azərbaycana vəsait ayırıb

Siyasət Materials 28 İyun 2016 16:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) regionların inkişafına dəstək proqramı çərçivəsində Azərbaycana 7,2 milyon avro ayırıb.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin yaydığı press-relizdə deyilir.

Proqram Azərbaycan hökumətinin regional və kənd islahatlarına dəstək verilməsi və inkişafına yönəlib.

Proqramın məqsədi ərzaq təhlükəsizliyi və fitosanitar nəzarətin təmin edilməsi yolu ilə kənd təsərrüfatı və regionların davamlı inkişafını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti