...

Elmar Məmmədyarov Xorvatiya Prezidenti ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını müzakirə edib

Siyasət Materials 25 Oktyabr 2016 10:57 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, Prezident Kolinda Qrabar-Kitaroviç ölkəmizə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlərdən və ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti