...

Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2016 12:05 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Göygöl (keçmiş Helelnondorf) və Şəmkir (keçmiş Annenfeld) rayonlarına səfər edib.
Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Göygöl (keçmiş Helelnondorf) və Şəmkir (keçmiş Annenfeld) rayonlarına səfər edib. Almaniya səfirliyindən Trend-ə verilən məlumata görə, keçmiş Helenendorf və Annenfeld 19-cu əsrdə Azərbaycanda məskunlaşmış alman mühacirlərin əsas mərkəzi olub. 1941-ci ildə oarda məskunlaşmış alman mühacirlər məcburi şəkildə mərkəzi Asiyaya köçürülüblər.

Səfir M.Kindsqrab oktyabrın 24-də Göygöldə Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüşmüş və onunla rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb. Almaniya-Azərbaycan münasibətlərində aktual məsələlər Göygöl rayonundan seçilmiş millət vəkili cənab Rövşən Rzayevlə görüşdə intensiv müzakirə olunub. İcra başçısı cənab Seyidov səfiri Göygöl rayonunda Azərbaycan torpağında ilk alman mühacirlərinin məskunlaşdığı küçələrlə tanış edib. Rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən keçmiş lüteran kilsəsi (hal-hazırda regional muzey) və musiqi məktəbi son onilliklərdə zövqlə bərpa edilib.

Səfir M.Kindsqrab Azərbaycan dövlət qurumlarının alman mühacirlərinin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib. Rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman məskunu Viktor Klaynın evi də ziyarət olunub. Bu evdə yaxın illərdə regionda və Azərbaycanda olan almanların xatirəsinə muzey yaradılmalıdır, muzeyin hazırlıq işləri artıq davam edir.

Şərab və araq zavodunda („Xan") səfirə yeni istehsal üsulları təqdim edilmişdir. Burada da alman mühacirlərinin izlərinə rast gəlinir - çox yaxşı qorunub saxlanmış şərab zirzəmisi rayonun şərabçılıqla əlaqədar qədim tarixi ənənələrini hiss etmək və bu haqda düşünmək imkanı yaradır.

Səfir M.Kinsqrab oktyabrın 25-də Şəmkir rayonuna səfər edib. O orada millət vəkili Sona xanım Əliyeva ilə görüşüb və icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb. Səfir bayraq meydanı və gənclər evində də olub. Səfir Kindsqrab keçmiş kilsəni və şvab mühacirlər tərəfindən salınmış içəri şəhəri ziyarət edib.

„AzAqro"-nun parniklərində səfirə ən yüksək beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəz istehsalı təqdim edilib. Burada istehsal edilən qızıl gül və xiyarın bir hissəsi ixrac edilir. Səfir Kindsqrab Azərbaycan tərəfinin iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirmiş və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O bildirib ki, Moskvadan başqa MDB məkanında yeganə Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan xarici ticarət palatası biznesdə maraqlı alman və azərbaycan şirkətləri üçün əla bir ünvandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti