...

Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür

Siyasət Materials 1 Dekabr 2016 10:13 (UTC +04:00)
Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür.
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür. Trend-in məlumatına görə, bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kiril Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Patriarx Kiril Azərbaycanla Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri dəstəklədiyini diqqətə çatdırıb.

Kiril Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin din xadimi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirib:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində sizin din xadimi kimi fəaliyyətiniz əvəzsizdir. Siz uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində fəaliyyət göstərirsiniz. Hazırda dünyada baş verən terror hadisələrinin qarşısını almaq üçün din xadimlərinin birgə fəaliyyətinə böyük ehtiyac var”.

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti