...

Heydər Əliyevə həsr olunmuş “Şəxsiyyət və zaman” romanı macar dilində nəşr olunub

Siyasət Materials 12 Dekabr 2016 14:17 (UTC +04:00)
Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Şəxsiyyət və zaman” üç cildlik sənədli romanının birinci cildi macar dilində nəfis şəkildə nəşr edilib.
Heydər Əliyevə həsr olunmuş “Şəxsiyyət və zaman” romanı macar dilində nəşr olunub

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycanın Macarıstandakı səfirliyi tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Azərbaycan Dövlət mükafatı laureatı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Şəxsiyyət və zaman” üç cildlik sənədli romanının birinci cildini macar dilində nəfis şəkildə nəşr edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Macarıstanda ilk dəfədir ki, Azərbaycan xalqının böyük oğlu bu qədər əhatəli şəkildə oxuculara təqdim olunur. Əsəri indiyə qədər Azərbaycan ədəbiyyatının bir sıra nümunələrini yüksək peşəkarlıqla macar oxucusuna çatdıran yazıçı-publisist Tamaş Varhegi tərcümə edib.

Səfir Vilayət Quliyev nəşrə məsul şəxs kimi şəxs və yer adlarının, tarixlərin, milli realiyaların dəqiqliyini ümumi nəzarətdə saxlayıb. Kitaba Heydər Əliyevin 1923-1982-ci illərdəki həyat yolunu əks etdirən bir sıra foto-şəkillər də daxil edilib. 500 nüsxə tirajla çap olunan “Şəxsiyyət və zaman” kitabının yarıdan çoxu Macarıstanın müxtəlif kitabxanalarına və digər mədəni-maarif müəssisələrinə veriləcək. Digər cildlər üzərində iş davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti