...

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 15 Dekabr 2016 10:41 (UTC +04:00)
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ölkələr arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti