...

Amos Hokstayn: ABŞ "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsini dəstəkləməkdə davam edəcək (YENİLƏNİB)

Siyasət Materials 15 Dekabr 2016 18:41 (UTC +04:00)
Avropada, xüsusilə də ABŞ-da siyasi dəyişikliklərə baxmayaraq, rəsmi Vaşinqton "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsini dəstəkləməkdə davam edəcək.
Amos Hokstayn: ABŞ "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsini dəstəkləməkdə davam edəcək (YENİLƏNİB)

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropada, xüsusilə də ABŞ-da siyasi dəyişikliklərə baxmayaraq, rəsmi Vaşinqton "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsini dəstəkləməkdə davam edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn mətbuat konfransında deyib.

O qeyd edib: "Biz bundan əvvəl Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəklədiyimiz, layihənin əhəmiyyətini anladığımız kimi, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasını da dəstəkləməkdə davam edəcəyik".

Xüsusi elçi bildirib ki, Azərbaycandan tutmuş Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya qədər bir çox ölkələri əhatə edən "Cənub Qaz Dəhlizi" kimi iri layihə müxtəlif siyasi və geosiyasi problemlərlə qarşılaşa bilər: "Bundan əvvəl biz bu problemləri birlikdə həll etdik və gələcəkdə də birgə işləyəcəyik".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Avropanın siyasi və enerji təhlükəsizliyində, həmçinin Avropaya enerji axınının şaxələndirilməsində vacib rol oynayır:

"Bizim üçün artıq mövcud layihələr prioritetdir, lakin "Türk axını" layihəsi ilə bağlı hadisələrin inkişafını da izləyirik. Hansı layihənin - "Cənub axını" və ya "Türk axını"nın olması vacib deyil. Vacib olan Avropanın enerji təhlükəsizliyini təmin etməkdir".

A.Hokstayn əlavə edib ki, istənilən halda boru kəmərləri hər hansı ölkəyə qarşı silah qismində və ya təzyiq vasitəsi kimi istifadə olunmamalıdır.

O bildirib ki, ABŞ qonşularla razılaşdırıla bilən istənilən layihəni, o cümlədən Transxəzər qaz kəmərini dəstəkləyir:

"Azərbaycana səfərim səmərəli oldu və yenidən səfər edəcəyimə ümid edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti