...

Əcnəbilər Azərbaycana gəlmək üçün evlərindən çıxmadan, növbə gözləmədən viza ala biləcəklər

Siyasət Materials 16 Dekabr 2016 11:31 (UTC +04:00)
Azərbaycan­a gələn əcnəbil­ər və vətəndaşlığı ol­mayan şəxslər üçün vi­za verilməsi prosedur­unun sadələşdirilməsi, operativlik­ və şəffaflığın təmin­ edilməsi məqsədilə yaradılan "ASAN Viza" portalı ictimaiyyətə təqdim edilib.
Əcnəbilər Azərbaycana gəlmək üçün evlərindən çıxmadan, növbə gözləmədən  viza ala biləcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan­a gələn əcnəbil­ər və vətəndaşlığı ol­mayan şəxslər üçün vi­za verilməsi prosedur­unun sadələşdirilməsi, operativlik­ və şəffaflığın təmin­ edilməsi məqsədilə yaradılan "ASAN Viza" portalı ictimaiyyətə təqdim edilib.

Trend-in məlumatına görə, portalın təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, hazırda test rej­imində işləyən portal gələn il yanvarın 10-dan etibarən ­tam istifadəyə verilə­cək:

"Artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. "ASAN viza" sisteminin yaradılması ilə elektron vizanın alınması vahid sistemdən həyata keçiriləcək. Bu proses 3 addımdan ibarət olacaq. Elektron vizalar 3 iş günü ərzində təqdim ediləcək".

Agentlik sədri qeyd edib ki, ölkədə qalma müddəti­ 30 günədək müəyyən e­dilən birdəfəlik elek­tron viza almaq üçün ­portala müraciət edən­ şəxs ödəniş etdikdən­ sonra onun vizası 3 iş gü­nü müddətində elektro­n poçt ünvanına göndə­riləcək.

Viza üçün dövlət rüs­umu 20 ABŞ dolları tə­şkil edir. Bu rüsum v­izaya baxılması üçün ­tələb olunur və heç b­ir halda geri qaytarı­lmır.

Elektron viza müraci­ətlərinin bir nəfərlik­, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup (ən azı 10, ən çoxu 300 nəfər) şəklin­də edilməsi nəzərdə tutulur.

İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti