...

Bakıda İtaliya memarlıq və dizaynı ilə bağlı ustad dərsləri keçirilib

Siyasət Materials 25 Yanvar 2017 19:29 (UTC +04:00)
İtalyan memarlığı, dizaynı, sənaye və infrastruktur sahəsindəki layihələndirmə fəaliyyətinin inkişafına həsr olunmuş ustad dərsləri keçirilir.
Bakıda İtaliya memarlıq və dizaynı ilə bağlı ustad dərsləri keçirilib

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı və İtaliyanın Azərbaycandakı səfirliyi adından, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsində, italyan memarlığı, dizaynı, sənaye və infrastruktur sahəsindəki layihələndirmə fəaliyyətinin inkişafına həsr olunmuş ustad dərsləri keçirilir.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Can Paolo Kutillo Azərbaycanla İtaliya arasındakı memarlıq sahəsində əməkdaşlığın geniş imkalarından danışıb, diplomat İtaliya hökumətinin dizayn və memarlıq sahəsinə böyük diqqət yetirdiyini bildirib. Səfirin sözlərinə görə Azərbaycanda məhz İtaliya memarlığına qarşı böyük maraq mövcuddur.

Bugünki təqdimatın vacibliyini vuğulayan səfir bu cür tədbirlərin iki ölkə arasındakı əməkdaşlığın genişliyindən və müxtəlifliyindən xəbər verdiyini bildirib.

Daha sonra ölkəmizdə səfərdə olan memar Enzo Eusebi İtaliya "Enzo Eusebi e Partners" təcrübəsinin əsasında ölkəsində memarlıq və dizayn sahəsindəki son inkişafdan danışıb, Azərbaycan memarlığı ilə mümkün əlaqəsi haqqında fikirlərini çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti