...

İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı katibi ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 17 Fevral 2017 11:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı katibi ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.

Görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti