...

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Siyasət Materials 16 Mart 2017 17:49 (UTC +04:00)
Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti