Bakı. Səba Ağayeva - Trend:
Bakı, Ankara və Tbilisi münasibətlərə yeni təkan vermək niyyətindədir.
Trend-in məlumatına görə, bunu brifinq zamanı Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib.
Nazir rəsmi Tbilisinin Bakı və Ankara ilə həm ikitərəfli, həm də üçtərəfli səviyyədə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyib.
O həmçinin qeyd edib ki, hər üç ölkə beynəlxalq arenada uğurla əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.