...

Azərbaycan Prezidenti Gəncədə hotel tikintisi ilə tanış olub (FOTO)

Siyasət Materials 10 Noyabr 2017 12:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub.
Azərbaycan Prezidenti Gəncədə hotel tikintisi ilə tanış olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub.

Dövlətimizin başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verildi.

Bildirildi ki, 104 yerlik hotelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Hotelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Hoteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Hotelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub.

Bu cür müasir hotelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni hoteldə 50 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti